00:03

Mehriban Əliyeva "Qağayı" tamaşasının nümayişində iştirak edib

Mehriban Əliyeva "Qağayı" tamaşasının nümayişində iştirak edib

Lider.com.az istinadən bildirir ki, oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Rusiyadan gələn Sankt-Peterburq Akademik “Malıy” Dram Teatrı – Avropa Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Anton Pavloviç Çexovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Qağayı” tamaşasını nümayiş etdirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, eləcə də Leyla Əliyeva və Alyona Əliyeva bu səhnə əsərini izləyənlər arasında olublar.

Rusiyanın “Qızıl maska” mükafatı kimi bir sıra prestijli teatr mükafatlarına layiq görülmüş Lev Dodinin quruluş verdiyi “Qağayı” pyesi bu klassik əsərin ən tanınmış səhnə yozumlarından biri olaraq tanınır.

Səhnə işinin geyim və quruluşçu rəssamı vəzifəsini Aleksandr Borovski yerinə yetirib.

Tamaşada rolları Rusiyanın Xalq artisti Sergey Kurışev, Əməkdar artistlər Yelizaveta Boyarskaya, İqor Çerneviç və digər aktyorlar canlandırıblar.

Xatırladaq ki, noyabrın 8-dək davam edəcək Bakı Beynəlxalq İncəsənət Festivalı artıq sayca ikinci dəfə təşkil olunur.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan BIAF-2026-nın təqvimində konsertlər, teatr və balet tamaşaları, kino nümayişləri, həmçinin sənətçilərlə görüşlər və ustad dərsləri daxil olmaqla ümumilikdə 20-dən artıq tədbir nəzərdə tutulub.

Bu ilki festivalda Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, İsrail, Kanada, Rusiya və digər dövlətlərdən tanınmış incəsənət nümayəndələri ilə yaradıcı qruplar qatılıblar.

Xəbər lenti

    Çox oxunanlar