
Lider.com.az istinadən bildirir ki, rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda qonaqdır və onunla birlikdə mətbuatda sevgilisi kimi təqdim olunan ukraynalı model Natalya Qotsi də diqqət çəkib.
Varlı iş adamının paytaxtımıza gəlişinin “Baku International Art Festival” (BIAF) ilə bağlı olduğu güman edilir.
O, incəsənət festivalı çərçivəsində təşkil olunan tədbirlərdə qatılarkən kameralara tuş gəlib.
Qeyd edək ki, bu, iş adamının sözügedən festival günlərində Azərbaycana ilk səfəri deyil, belə ki o, keçən il də həmin tədbirdə iştirak edib.
Xatırladaq ki, “Baku International Art Festival” (BIAF) oktyabrın 28-dən noyabrın 8-dək davam edir.
Sözügedən festivalın proqramına əsasən, oktyabrın 30-da “Nizami” Kino Mərkəzində Uilyam Kentricin ekran işi nümayiş etdirilib və həmin axşam dirijor Dmitri Sitkovetskinin rəhbərliyi ilə festival orkestri Dmitri Şostakoviçin Onuncu simfoniyasını səsləndirib, eyni zamanda Fikrət Əmirov ilə Elmira Nəzirovanın bəstələri ifa olunub.
