16:51

Bakı bulvarında Zəfər Günü ilə əlaqədar bayram konserti təşkil olunacaq

Bakı bulvarında Zəfər Günü ilə əlaqədar bayram konserti təşkil olunacaq

Lider.com.az istinadən bildirir ki, noyabrın 8-də Zəfər Günü bayramı ilə əlaqədar paytaxtın Dənizkənarı Milli Parkında konsert proqramı gerçəkləşdiriləcək.

Heydər Əliyev Fondu ilə Bakı Şəhər İcra Hakimiyyətinin birgə ərsəyə gətirəcəyi musiqili tədbir "Saat qülləsi" yaxınlığında təşkil olunacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dördgünlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi zəfərin beşinci ildönümünə həsr edilən bu bayram gecəsində ölkənin tanınmış incəsənət xadimləri, o cümlədən vokalçılar və rəqs ansamblları çıxış edəcəklər.

Musiqili proqram möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Xəbər lenti

    Çox oxunanlar