
Lider.com.az istinadən bildirir ki, Daş Salnamə Muzeyində rəssam və heykəltaraş Orxan Nəbizadənin "Qədim daş, müasir yaddaş" və Elvin Nəbizadənin "Məsuliyyət radiusu" layihələrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da qatılıblar.
Qobustanın qədim qayaüstü rəsmlərindən ilhamlanan "Qədim daş, müasir yaddaş" layihəsinin heykəltəraşlıq əsərlərində boz canavar, Qafqaz bəbiri, qonur ayı, ceyran və şah qartalı əksini tapıb. "Məsuliyyət radiusu" layihəsində isə bəşəriyyətin vəhşi təbiətə qarşı münasibəti interaktiv üsulla nümayiş etdirilib.
