22:34

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunda olublar

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunda olublar

Lider.com.az istinadən bildirir ki, noyabrın 4-də Heydər Əliyev Mərkəzində məşhur skripkaçı Devid Qarrett “Millennium Symphony - Crossover Programme” adlı simfonik şou ilə dinləyicilər qarşısına çıxıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri də bu simfonik konserti izləyənlər arasında olublar.

Unikal proqramda klassik musiqi ilə rok, pop və kino melodiyalarını sintez edən musiqiçi Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” kollektivlərinin, eləcə də digər tanınmış sənətçilərin əsərlərini və məşhur hitlərini özünəməxsus üslubda səsləndirib.

Xatırladaq ki, D.Qarrett səhnədə ilk dəfə 10 yaşında çıxış edib və 13 yaşında nüfuzlu "Deutsche Grammophon" səsyazma şirkəti ilə müqavilə imzalayan ən gənc ifaçı adını qazanıb. Təhsilini başa vurduqdan sonra o, Zubin Mehta, Kristof Eşenbah, Rikkardo Şayi və Andres Orosko-Estrada kimi məşhur dirijorlarla əməkdaşlıq edib.

Musiqiçinin yaradıcılığında mühüm yer tutan “ICONIC” albomu Almaniyanın pop musiqi hit-paradında dördüncü sıraya çatmaqla klassik musiqi sahəsində nadir nailiyyətlərdən birinə imza atıb. Həmin albom həmçinin “Golden Record” və “İlin bestselleri” kateqoriyaları üzrə “Opus-Klassik 2023” mükafatı ilə təltif edilib. Devid Qarrett həmin klassik repertuarla beynəlxalq qastrola çıxaraq beş qitədə ümumilikdə 113 konsert təşkil edib.

Xəbər lenti

    Çox oxunanlar