
Lider.com.az istinadən bildirir ki, Abşeron rayonundakı Hökməli-Qobu-Güzdək avtomobil yolunun ikinci kilometrində bərpa və təmir tədbirlərinə start verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb.
Məlumatda göstərilir ki, nəqliyyat vasitələrinin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək, eləcə də hərəkət hissəsini bərpa etmək məqsədilə görülən işlər təqribən yüz metrlik sahəni əhatə edir və bununla əlaqədar olaraq həmin istiqamətdə avtomobillərin keçidi müvəqqəti olaraq tamamilə dayandırılıb.
Sürücülərə alternativ yol qismində 20 Yanvar küçəsindən yararlanmaları tövsiyə olunur.
Xatırladaq ki, sözügedən magistralın dördüncü kilometrliyində də örtükdə yaranmış qüsurların aradan qaldırılması istiqamətində işlər aparılır və həmin sahədə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.
