14:52

Naxçıvanda tikinti materialları istehsalı artıb

Naxçıvanda tikinti materialları istehsalı artıb

Lider.com.az istinadən bildirir ki, cari ilin yanvar-sentyabr dövründə Naxçıvan Muxtar Respublikasında 26,5 milyon manat dəyərində tikinti materialları istehsal olunub.

Qeyd olunan göstərici keçən ilin müvafiq ayları ilə müqayisədə 16,1 faiz çoxdur.

Doqquz ay ərzində muxtar respublikada 28 milyon 276,7 kubmetr tikinti kərpici, 90,1 min ton sement, 1 milyon 757,7 ton əhəng, 37 milyon 931,8 ton sementdən və betondan kərpiclər ilə oxşar məmulatlar, 828,2 min kvadratmetr tikintidə istifadə olunan gipsdən tavalar və bloklar hazırlanıb. Eyni zamanda, bu müddətdə 28 milyon 474 ton asfalt, 10 milyon 330,8 ton emal edilmiş mərmər, 431,8 ton gips məmulatları və 65 min ton beton istehsal edilib.

Xəbər lenti

    Çox oxunanlar