
Lider.com.az istinadən bildirir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov növbəti dəfə sakinlər üçün fərdi qəbul təşkil edib.
Rayon rəhbəri bu görüşdə yerli sakinlərin müraciətlərini, üzləşdikləri müxtəlif sosial çətinlikləri və təklifləri diqqətlə dinləyib.
İcra hakimiyyətinin binasında baş tutan qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxılıb, qaldırılan məsələlərlə bağlı mövcud qanunvericiliyin qaydaları izah olunub.
Qurumun səlahiyyətləri daxilində olan problemlərin həlli nəzarətə götürülüb, digər müraciətlər üzrə isə aidiyyəti yerli təşkilatların nümayəndələrinə müvafiq tapşırıqlar verilib.
