18:36

Qobustan körpüsündə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Qobustan körpüsündə təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq

Lider.com.az istinadən bildirir ki, noyabrın 4-ü saat 13:00-dan etibarən Bakı–Ələt–Qazax–Gürcüstan sərhədi magistralının 55-ci kilometrliyində yerləşən Qobustan körpüsünün Bakı istiqamətindəki köməkçi hissəsinin sökülərək yenidən qurulmasına start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, həyata keçiriləcək tikinti tədbirləri səbəbindən həmin sahədə avtomobillərin hərəkəti tamamilə dayandırılacaq.

Sürücülərdən səfərlərini alternativ marşrutlar üzrə planlaşdırmaları, yollarda ehtiyatlı davranmaları və aparılan bərpa işlərinə təmkinlə yanaşmaları xahiş olunur.

Xəbər lenti

    Çox oxunanlar