21:29

Dövlət Baxçalı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayıb

Dövlət Baxçalı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu vurğulayıb

Lider.com.az istinadən bildirir ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələri son dərəcə güclü və tarixi əhəmiyyət daşıyır, o cümlədən hər hansı siyasi və ya diplomatik çərçivəyə sığmır, eləcə də müvəqqəti proseslərlə məhdudlaşdırıla bilməz.

Bu fikir Türkiyənin əsas siyasi qüvvələrindən sayılan Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının Türk Dövlətləri Təşkilatının Ankarada gerçəkləşəcək Zirvə toplantısı və üzv ölkələrin müstəqilliklərinin otuz beşinci ildönümü münasibətilə yayımladığı açıqlamasında qeyd olunub.

Onun dediyinə görə, Ankara ilə Bakı arasındakı qardaşlıq qırılmazdır, nəsildən-nəslə ötürülür, hər iki xalqın iradəsi və birgə mübarizə salnaməsinin səhifələri ilə daha da qüvvətlənib.

Siyasətçi vurğulayıb ki, bənzər fikirləri Türk dünyasının bütün digər qardaş ölkələri barəsində də söyləmək mümkündür və qarşılıqlı anlaşılmazlıqların böyüməsinə şərait yaradılmamalıdır.

O qeyd edib ki, aralarında nifaq salınmasına heç bir zaman şərait yaratmamaq lazımdır, heç bir fikir ayrılığı uzunmüddətli uzaqlaşmaya gətirib çıxarmamalıdır.

Dövlət Baxçalı bildirib ki, qardaşlıq əlaqələri qarşılıqlı ehtirama və ortaq gələcəyə inama söykənir, Türk dünyasının hər bir vətəndaşı isə tarixi yaxınlığın qorunmasına dəstək verməlidir.

Sonda MHP rəhbəri gələcək nəsillərə qüdrətli bir Türk dünyası əmanət etmək çağırışında bulunub.

Xəbər lenti

    Çox oxunanlar