
Lider.com.az istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makron ilə telefon vasitəsilə əlaqə saxlayıb.
Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası təqdim edib.
Danışıq zamanı Ankara ilə Paris arasında ikitərəfli əlaqələr, həmçinin müxtəlif regional və qlobal xarakterli mövzular ətrafında fikir mübadiləsi aparıldığı qeyd olunub.
Dövlət başçısı BMT-nin yeni rəhbərinin qurumu yenidən çoxtərəfliliyin mərkəzi halına gətirməsi, tələb olunan islahatları uğurla həyata keçirməsi üçün lazımi baxışa və təcrübəyə sahib olmasının vacibliyini diqqətə çatdırıb.
Eyni zamanda, Türkiyə dövlət başçısı Fransa prezidentini ölkəsində təşkil olunacaq COP31 Liderlər Sammitinə dəvət ünvanlayıb.
Öz növbəsində Fransa dövlət başçısı telefon söhbəti zamanı Rəcəb Tayyib Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.
