
Lider.com.az istinadən bildirir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin bütün cəbhə boyunca irimiqyaslı təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sonradan "Dəmir yumruq" adını alan əks-hücum əməliyyatına qədəm qoydu. Qırx dörd gün davam edən Vətən müharibəsi otuz ilə yaxın davam edən işğalın aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə başa çatdı.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sosial şəbəkə hesabındakı rəsmi paylaşımında Bərdə sakinlərinə qarşı törədilənlərin qisasının yerdə qalmayacağını vurğulayıb.
Dövlət başçısı özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir sıra kəndlərini işğalçılardan təmizlədiyini elan edib.
Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" informasiya agentliyinə geniş müsahibə verib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində dinc sakinləri hədəf alan hücumu ilə əlaqədar paylaşım edib.
Erməni tərəfi Tərtər rayonunun ərazisini ağır artilleriya atəşinə məruz qoyub.
Döyüşlərdə sıradan çıxarılan düşmən hərbi texnikasının siyahısı ictimaiyyətə təqdim olunub.
Ermənistan hərbçiləri tərəfindən Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonları atəşə tutulub.
Qubadlı istiqamətində qarşı tərəfin döyüş meydanında qoyub qaçdığı silah-sursat və hərbi texnikanın videogörüntüləri nümayiş etdirilib.
Ordumuz tərəfindən Ermənistana məxsus canlı qüvvənin və hərbi texnikanın məhv edilməsi prosesinin görüntüləri yayımlanıb.
Bərdəyə edilən hücum nəticəsində həlak olanların sayının 21 nəfərə çatdığı, yaralıların sayının isə 70 olduğu rəsmən açıqlanıb.
Azərbaycan hərbi birləşmələri yaşayış məntəqələrimizi atəşə tutan düşmənin canlı qüvvəsini dəqiq zərbələrlə zərərsizləşdirib.
Döyüş meydanından geri çəkilərək qaçan düşmən qüvvələri effektiv zərbələrlə məhv edilib.
Ermənistanın Bərdə şəhərini hədəf aldığı anın videogörüntüsü də paylaşılan materiallar arasında yer alıb.
