
Lider.com.az istinadən bildirir ki, türk dövlətləri parlament assambleyasının baş katibi Ramil Həsən Ankaraya rəsmi səfəri çərçivəsində türk dövlətləri təşkilatının ağsaqqallar şurasının sədri və Türkiyənin sabiq baş naziri Binəli Yıldırımla bir araya gəlib.
Tərəflər söhbət zamanı Bişkekdə reallaşan qurumun on beşinci plenar toplantısında və şura iclasında çıxarılan qərarları müzakirə edərək, ortaq ölkələr arasındakı əlaqələrin yüksək səviyyədə qorunub saxlanılmasının vacibliyini diqqətə çatdırıblar.
Görüşdə həmçinin Azərbaycan ilə Türkiyənin strateji müttəfiqlik xəttinin ölkə başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində daha da dərinləşdiyinə diqqət çəkilib, eləcə də bu qüdrətli dövlətlərin beynəlxalq müstəvidəki mövqelərinin güclənməsinin türk birliyinə xidmət etdiyi vurğulanıb.
Öz növbəsində, baş katib Ramil Həsən göstərilən qonaqpərvərliyə görə Binəli Yıldırıma minnətdarlığını çatdırıb və güclü türk dövlətlərinin həmrəyliyinin vacibliyini diqqətə çatdırıb.
O, iki ölkə arasındakı əməkdaşlığın başqa qardaş ölkələr üçün də nümunə olduğunu dilə gətirib.
Binəli Yıldırım isə Azərbaycan-Türkiyə qardaşlığının hər zaman qorunub saxlanılmasının önəmli olduğunu bildirərək, bu yolda hər cür dəstəyi verməyə hazцr olduğunu bəyan edib və baş katibin gələcək fəaliyyətində uğurlar diləyib.
