12:20

Gündüz İsmayılov: Bakı mədəniyyətlərarası dialoqun əsas mərkəzidir

Gündüz İsmayılov: Bakı mədəniyyətlərarası dialoqun əsas mərkəzidir

Lider.com.az istinadən bildirir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası ünsiyyət prosesində sadəcə fəal iştirakçı statusundan əsas təşkilatçılardan birinə çevrilməyi bacarıb.

Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı mediaya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov söyləyib.

Onun dediyinə görə, ölkəmiz suverenliyini bərpa etdikdən dərhal sonra bu təşəbbüslərə qoşulub, son iki onillik ərzində isə həmin proseslərin təşkilində öncül mövqe qazanıb.

G.İsmayılov vurğulayıb ki, müasir dövrdə mədəniyyətlərarası və onun ayrılmaz tərkib hissəsi sayılan dinlərarası dialoqda Bakı qlobal mərkəz, Azərbaycan isə lokomotiv rolunu oynayır.

Komitə sədrinin müavini tədbir çərçivəsində təşkil olunan panellərdən birinin məhz dinlərarası dialoqa həsr olunmasının ortaq gələcəyin formalaşması üçün müstəsna əhəmiyyət daşıdığını bildirib və fərqli din daşıyıcılarının eyni dünyada sülh içində yaşamasının vacibliyini qeyd edib.

O, dini fərqliliklərin qabardılmasının bəzən məzhəb, etnik və dini münaqişələrə səbəb ola biləcəyini diqqətə çatdırıb, eləcə də islamofobiya, antisemitizm və ksenofobiya ilə mübarizədə tarixi dözümlülük nümunələrinin rolunu qeyd edib.

Respublikamızın siyasi-iqtisadi imkanları, geosiyasi mövqeyi və tarixi ənənələri bu sahədə aparıcı qüvvəyə çevrilməsini şərtləndirən amillər sırasındadır.

Məmurlar ölkədə müxtəlif məzhəbə aid müsəlmanların eyni ibadətgahda və eyni imamın rəhbərliyi ilə vəhdət namazı qılmasını məzhəblərarası münasibətlərin bariz nümunəsi adlandırıb, bu cür ibadətlərin həm paytaxtda, həm də regionlarda baş tutduğunu diqqətə çatdırıb.

Eyni zamanda, paytaxtda Təzəpir məscidi, sinaqoqlar və Arxangel Mixail kilsəsinin qonşuluqda yerləşməsi dövlətimizin dini dözümlülük və birgəyaşayış ənənələrinin əyani sübutu kimi qiymətləndirilib.

G.İsmayılov qeyd edib ki, bu, hər hansı təzə nailiyyət deyil, xalqımızın qədim tarixi qazancıdır və onu qorumaq dövlətin siyasətidir.

Xəbər lenti

    Çox oxunanlar