
Lider.com.az istinadən bildirir ki, oktyabrın 29-da Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, XIII TDT Zirvə görüşü çərçivəsində təşkil ediləcək bu yığıncaq sayəsində quruma üzv dövlətlərin baş diplomatları cari ildə Şura çərçivəsində beşinci dəfə bir araya gələcəklər.
Tədbir zamanı TDT daxilindəki əməkdaşlıq istiqamətləri ətrafında məsləhətləşmələrin aparılması, eləcə də qurumun institusionallaşdırılması ilə əlaqədar görülən işlərin nəzərdən keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 29-30-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşü keçiriləcəkdir.
