00:16

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı ünvanlayıb

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı ünvanlayıb

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu göndərib.

Dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanan məktubda deyilir:

İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzasından dərin kədər hissi keçirirəm.

Baş nazir Pedro Sançesə, həlak olanların ailələrinə və İspaniya xalqına səmimi başsağlığı verirəm.

Xəsarət alanların hamısına tezliklə sağalmalarını arzulayıram.

Xəbər lenti

    Çox oxunanlar