11:27

Prezident İlham Əliyev Türkiyə liderini Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Türkiyə liderini Respublika Günü münasibətilə təbrik edib

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Dövlət başçısı öz adından və Azərbaycan xalqı adından qardaş Türkiyənin milli bayramı – 29 Oktyabr Respublika Günü münasibətilə Türkiyə Prezidentinə və bütün xalqa ən səmimi təbriklərini və xoş arzularını çatdırmaqdan məmnunluq duyduğunu bildirib.

Məktubda vurğulanıb ki, Azərbaycanı və Türkiyəni tarixin imtahanlarından müvəffəqiyyətlə keçmiş həqiqi dostluq və qardaşlıq bağları birləşdirir.

Həmçinin qeyd edilib ki, 2021-ci ildə birgə imzalanmış Şuşa Bəyannaməsi vasitəsilə dövlətlərarası əlaqələr ən zirvə pilləyə – müttəfiqlik səviyyəsinə yüksələrək tamamilə yeni məzmun və mahiyyət qazanıb.

Sonda Azərbaycan Prezidenti türkiyəli həmkarına möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətində uğurlar, qardaş Türkiyə xalqına və ölkəsinə isə daimi əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

    Çox oxunanlar