11:28

Azərbaycan və Rusiya prokurorluqları əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan və Rusiya prokurorluqları əməkdaşlığı gücləndirmək niyyətindədir

Lider.com.az istinadən bildirir ki, Azərbaycan ilə Rusiya dövlətləri arasında prokurorluq qurumları qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi istiqamətində anlaşmaya varıblar.

Bu barədə Azərbaycanın baş prokuroru Kamran Əliyev rusiyalı həmkarı Aleksandr Qutsanla birgə təşkil edilən brifinq zamanı məlumat verib.

Tərəflər arasında lazımi əlaqələrin qurulduğunu vurğulayan K.Əliyev qanunun aliliyinin qorunduğunu qeyd edib: "Prokurorluq xidmətlərimiz arasında yaxşı münasibətlər formalaşıb. Qanunun aliliyi təmin edilib. Bu gün biz xalqlarımızın, cəmiyyətlərimizin və dövlətlərimizin rifahı naminə daha çox səy göstərmək barədə razılığa gəldik".

Xəbər lenti

    Çox oxunanlar