12:25

Vəzifəli şəxslərə xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə qadağan edilir

Vəzifəli şəxslərə xidməti avtomobillərdən şəxsi məqsədlər üçün istifadə qadağan edilir

Lider.com.az istinadən bildirir ki, dövlət qulluqçularının xidməti nəqliyyatdan yararlanması qaydaları ilə əlaqədar qanunvericilik aktlarına düzəlişlər edilir.

Sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin bugünkü iclasında müzakirə olunan yeni "Maraqlar toqquşması haqqında” qanun layihəsində yer alıb.

Sənədə əsasən, rəsmi şəxslərin bələdiyyə və dövlət mülkiyyətindən, o cümlədən maliyyə resurslarından, kompüter və rabitə şəbəkələrindən, nəqliyyat vasitələrindən, həmçinin digər maddi-texniki təchizatdan öz şəxsi mənafeləri naminə və qulluq borcunun yerinəgətirilməsi ilə bağlı olmayan istiqamətlərdə istifadə etməsi qadağan olunur.

Xəbər lenti

    Çox oxunanlar