
Lider.com.az istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin mətninin dövlətçilik əleyhinə olduğunu söyləyib.
Jurnalistlər üçün brifinq təşkil edən hökumət başçısı qeyd edib ki, həmin sənədlə müstəqil dövlətin varlığı qeyri-mümkündür və bəyannamə dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir.
Paşinyan xatırladıb ki, yeni konstitusiyanın qəbul edilməsi hakim "Vətəndaş müqaviləsi" partiyasının seçki platformasında əksini tapıb və seçkilərdə mütləq çoxluq əldə olunduqdan sonra bu proqram icra edilməlidir.
Onun sözlərinə görə, müxalifət qüvvələri konstitusiya prosesini regional və beynəlxalq gündəliklə əlaqələndiriblər, həmçinin yeni əsas qanunla bağlı referendumun qarşısını almaq məqsədilə ictimai təzyiqi artırmağın mümkünlüyünü vurğulayıblar.
Baş nazir əlavə edib ki, müxalifətə elə bir təklif ünvanlaya bilər ki, onların həmin təklifdən imtina etməsi çətin olsun və bu prosesin növbədənkənar seçkilərlə nəticələnməyəcəyi ehtimalı böyükdür.
