20:22

Bakıda NATO proqramı çərçivəsində helikopterlərin qiymətləndirilməsi başa çatıb

Bakıda NATO proqramı çərçivəsində helikopterlərin qiymətləndirilməsi başa çatıb

Lider.com.az istinadən bildirir ki, Şimali Atlantika Alyansının Əməliyyat İmkanları Konsepsiyası Proqramına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" helikopter cütlüyünün 2-ci Səviyyəli NATO qiymətləndirilməsi tamamlanıb.

Bu barədə Müdafiə Nazirliyi tərəfindən məlumat yayımlanıb.

Açıqlamaya görə, təsdiq olunmuş plana müvafiq olaraq xəstə və yaralıların təxliyəsi, şəxsi heyət ilə humanitar yüklərin daşınması, həmçinin alçaq hündürlüklərdə uçuş tapşırıqları yerinə yetirilib. Eyni zamanda, uçuş aparatlarında yarana biləcək potensial nasazlıqların aradan qaldırılması prosesində heyətin bacarıqları sınaqdan keçirilib.

Şimali Atlantika Alyansının qiymətləndiricilərdən ibarət nümayəndə heyəti bəyan edilmiş helikopter cütlüyünün, onların ekipajlarının, eləcə də müvafiq struktur bölmələrinin potensialını və bacarıqlarını yüksək səviyyədə qiymətləndirib.

Xəbər lenti

    Çox oxunanlar