
Lider.com.az istinadən bildirir ki, Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada təşkil olunan XVII Diplomatiya Festivalı çərçivəsində "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneldə qism alıb.
Amerika Araşdırmaları Mərkəzində baş tutan həmin müzakirə panelinə Ermənistan və Gürcüstanın diplomatik nümayəndələri də qatılıblar.
Jurnalist Luka Ştaynmanın moderatorluğu ilə gerçəkləşən tədbirdə Cənubi Qafqazda dayanıqlı sülh imkanları, regional ticarət və nəqliyyat bağlantılarının qurulması, eləcə də əsas beynəlxalq tərəfdaşlarla əlaqələr geniş müzakirə olunub.
Toplantı zamanı auditoriya nümayəndələri müzakirə olunan məsələlərlə əlaqədar suallar veriblər.
