00:03

Ceyhun bayramov türk dövlətləri sivilizasiya parkının açılışında qatılıb

Ceyhun bayramov türk dövlətləri sivilizasiya parkının açılışında qatılıb

Lider.com.az istinadən bildirir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Zirvə görüşü çərçivəsində təşkil olunan Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində qatılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat yayılıb.

Paylaşımda qeyd olunub ki, sözügedən park türk xalqlarının ortaq tarixi və mədəni irsini, eləcə də zəngin sivilizasiya ənənələri ilə ümumi dəyərlərini əks etdirir.

Həmçinin vurğulanıb ki, bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə, xalqlar arasındakı qarşılıqlı anlaşmanın, həmrəyliyin və əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Xəbər lenti

    Çox oxunanlar