
Lider.com.az istinadən bildirir ki, bu məsələ parlamentin bugünkü iclasında müzakirə olunan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Yeni sənədə əsasən, büdcə təşkilatları, publik hüquqi şəxslər, yerli özünüidarəetmə və dövlət qurumları, həmçinin səhmlərinin və ya paylarının nəzarət zərfi bələdiyyələrə və ya dövlətə məxsus olan müəssisələr, eləcə də heyçəti azı 50 nəfərdən ibarət olan digər hüquqi şəxslər tərəfindən xüsusi kommunikasiya kanalları qurulmalıdır.
Həmin vasitələr anonimliyə və konfidensiallığa təminat verməklə yanaşı, korrupsiya xarakterli hüquqpozmalar barədə məlumatların elektron formada ötürülməsinə və məxfi məsləhətləşmələrin aparılmasına şərait yaratmalıdır.
Qanun layihəsi səsvermə nəticəsində birinci oxunuşda qəbul edilib.
