16:40

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının rəhbər şəxsləri müəyyənləşib

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının rəhbər şəxsləri müəyyənləşib

Lider.com.az istinadən bildirir ki, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasına rəhbərlik edəcək sədr və onun müavini müəyyənləşib.

Bu gün baş tutan iclasda qurumun səkkizinci qurultayında müəyyənləşən komissiya iştirakçıları Sevinc Hüseynovanın sədr, Nizami Səfərovun isə sədr müavini postlarına namizədliklərini ireli sürülüblər.

Səsvermə nəticəsində Sevinc Hüseynova yenidən Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Nizami Səfərov isə müavini seçiliblər.

Xatırladaq ki, hər iki nümayəndə təşkilatın yeddinci qurultayından sonra da göstərilən bu vəzifələrdə çalışıblar.

Xəbər lenti

    Çox oxunanlar