20:28

Deputat: Azərbaycançılıq milli kimliyi qoruyaraq dünyaya inteqrasiya fəlsəfəsidir

Deputat: Azərbaycançılıq milli kimliyi qoruyaraq dünyaya inteqrasiya fəlsəfəsidir

Lider.com.az istinadən bildirir ki, Milli Məclisin deputatı Elnarə Akimova azərbaycançılığın Azərbaycanın tarixi yaddaşını, dövlətçilik iradəsini, milli kimliyini, mənəvi bütövlüyünü və gələcəyə baxışını özündə birləşdirən fundamental dəyər olduğunu qeyd edib.

Parlamentari vurğulayıb ki, bu məfkurənin əsas mahiyyəti insanları etnik mənşəyinə, dininə, dilinə və dünyagörüşünə görə ayırmaq deyil, əksinə, onları vahid Vətən, ortaq dövlət və ümumi gələcək ətrafında bir araya gətirməkdir.

Elnarə Akimova xatırladıb ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılığı ölkə daxilindəki müxtəlif etnik qrupları birləşdirən və xaricdəki soydaşlarımızı tarixi Vətən ətrafında səfərbər edən ümummilli ideya səviyyəsinə qaldırıb.

O əlavə edib ki, Prezident İlham Əliyev bu siyasi-ideoloji xətti yeni dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirib və Vətən müharibəsində əldə olunan tarixi Qələbə zamanı bu birliyin gücü bütün dünyaya nümayiş etdirilib.

Xəbər lenti

    Çox oxunanlar