
Lider.com.az istinadən bildirir ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülərə başsağlığı məktubu göndərib.
Hakkari vilayətində yerləşən 7-ci Sərhəd Briqadası Komandanlığının hərbi qulluqçusunun sərhədi pozma cəhdinin qarşısını alarkən açılan atəşdən şəhid olması xəbərinin özündə dərin kədər hissi doğurduğunu qeyd edən nazir məktubda həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyib.
O, həmçinin mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək onların kədərinə şərik çıxıb.
