14:15

Nilufər Atayeva: Azərbaycan-Özbəkistan əlaqələri Türk dünyasına yeni perspektivlər açacaq

Nilufər Atayeva: Azərbaycan-Özbəkistan əlaqələri Türk dünyasına yeni perspektivlər açacaq

Lider.com.az istinadən bildirir ki, Azərbaycan ilə Özbəkistan arasındakı qardaşlıq bağlarının və tərəfdaşlığın genişlənməsi bütün Türk dünyası üçün əhəmiyyətli naliyyətlər qazandıracaq.

Özbəkistanın hakim Liberal Demokrat Partiyası Qadınlar Təşkilatının baş mütəxəssisi Nilufər Atayeva qeyd edib ki, hər iki ölkənin xalqları ortaq köklərə, oxşar dillərə və yaxın mədəni dəyərlərə sahibdir. Onun sözlərinə görə, özbək xalqının milli xüsusiyyətləri ilə azərbaycanlıların adət-ənənələri arasında çoxsaylı oxşarlıqlar mövcuddur.

N. Atayeva vurğulayıb ki, dövlətlər arasındakı münasibətlər sadəcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, əksinə, qarşılıqlı yaxınlıq, qardaşlıq və ortaq mədəni təməllərə söykənir.

Türk Dövlətləri Təşkilatının yeni baş katibi, özbəkistanlı diplomat Mirvoxid Azimovun qurumun coğrafi mövqeyi sayəsində Avropa ilə Asiyanı birləşdirərək qlobal iqtisadiyyatın əsas mərkəzlərindən birinə çevriləcəyi barədəki fikirlərini xatırladan N. Atayeva bu çərçivədə də ikitərəfli əməkdaşlığın genişlənəcəyinə və qlobal tərəqqiyə töhfə verəcəyinə əminliyini ifadə edib.

O bildirib ki, məhz bu baxımdan Azərbaycan-Özbəkistan əlaqələri Türk dünyası miqyasında yeni imkanlar meydana gətirəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ankarada baş tutan TDT-nin 13-cü Zirvə görüşündəki nitqində Azərbaycanın bu təşkilata sədrlik dönəmində xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və tərəfdaşlığın yeni mərhələyə daşınması istiqamətində mühüm səylər göstərdiyini xüsusi vurğuladığını xatırladan mütəxəssis əlavə edib ki, türk dünyası təbii ehtiyatları, iqtisadi gücü və insan kapitalı sayəsində bölgənin qlobal inkişafında mühüm funksiya yerinə yetirəcək.

Xəbər lenti

    Çox oxunanlar