
Lider.com.az istinadən bildirir ki, Türkiyə dövləti Rusiya və Ukrayna arasında həm praktik, həm də realist vasitəçilik missiyasını yerinə yetirmək imkanına malikdir.
Ukrayna lideri Volodimir Zelenski “CNN Türk” telekanalına verdiyi müsahibəsində bu fikirləri dilə gətirib.
Onun sözlərinə görə, Ankara ilə Kiyev arasında sıx və xoş əlaqələr mövcuddur.
Zelenski qeyd edib ki, Türkiyə tərəflərdən heç birinin mövqeyini müdafiə etmədən tamamilə neytral vasitəçi rolunda çıxış edə bilər, lakin eyni zamanda ölkəsinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Ukrayna prezidenti əlavə edib ki, Rusiya rəhbəri ilə birbaşa təmasların mövcudluğunu bildiyi üçün Türkiyə ərazisində baş tutacaq görüşləri müsbət qarşılayır.
