
Lider.com.az istinadən bildirir ki, İran Birləşmiş Ştatların təmkinli mövqe nümayiş etdirərək digər yollardan öncə diplomatiyaya üstünlük verəcəyinə ümidvar olduğunu bəyan edib, bununla belə, digər ssenarilərə də tam şəkildə hazırlaşdıqlarını vurğulayıb.
Bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
İran telekanalına müsahibə verən diplomat respublikanın silahlı qüvvələrinin əvvəlki dövrlərdə baş verən iki müharibə ilə müqayisədə qat-qat qüvvətləndiyini diqqətə çatdırıb.
Əraqçi Tehranın həm siyasi dialoqa, həm də ölkənin müdafiə olunmasına hər cəhətdən hazır olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, ölkə rəhbərinin ünvanladığı mesaj İranın mövqeyini birmənalı şəkildə nümayiş etdirib, həmçinin ordunun qarşısındakı hədəflər dəqiq müəyyənləşdirilib.
