
Lider.com.az istinadən bildirir ki, Ermənistan rəhbərliyi ölkə üçün hazırlanan yeni əsas qanunun layihəsini cari ilin noyabr ayında ictimaiyyətə təqdim etməyi nəzərdə tutur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı söyləyib.
Hökumət başçısı qeyd edib ki, layihə dərc olunduqdan sonra geniş ictimai müzakirələrə start veriləcək, daxil olan mülahizələr təqdim edilərək nəzərdən keçiriləcək.
O, bu müzakirə mərhələsinin cəmiyyətdə yeni konstitusiya layihəsi ətrafında kifayət qədər müzakirə aparıldığına əminlıq yaranana qədər davam edəcəyini diqqətə çatdırıb.
Eyni zamanda, baş nazir qarşıda duran əsas dövlət vəzifələrindən birinin məhz Azərbaycan ilə sülh sazişinin imzalanması və ratifikasiya olunması olduğunu xatırladıb.
