14:11

Kremlin sözçüsü Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını məqsədəuyğun adlandırıb

Kremlin sözçüsü Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını məqsədəuyğun adlandırıb

Lider.com.az istinadən bildirir ki, Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) daxil olması məntiqli və düzgün addım kimi qiymətləndirilərdi.

Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, hələlik Moskvaya heç bir rəsmi dəvətnamə göndərilməyib, lakin bu mövzu Qazaxıstan tərəfi ilə aparılan müzakirələrdə qaldırıla bilər.

Peskov qeyd edib ki, Rusiyanın Türk Dövlətləri Təşkilatının fəaliyyətində təmsil olunması məsələsinə baxdıqda, ölkədə mənşəyi etibarilə türk xalqlarının yaşadığı bir neçə bölgə mövcuddur.

Kremlin sözçüsü xüsusi olaraq diqqətə çatdırıb ki, burada ayrı-ayrı subyektlərin deyil, məhz bütünlüklə Rusiya Federasiyasının qurumun işinə qoşulmasından bəhs olunmalıdır.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Rusiyanın TDT-yə dəvət edilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Xəbər lenti

    Çox oxunanlar