
Lider.com.az istinadən bildirir ki, Gürcüstanın xarici çağırışlara qarşı cavab tədbirləri suveren xarici siyasətin qətiyyətlə gücləndirilməsindən, milli maraqların davamlı qorunmasından və diplomatiyanın imkanlarından daha faydalı şəkildə yararlanmaqdan ibarət olmalıdır.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Diplomat Gününə həsr olunmuş mərasimdəki çıxışı zamanı dilə gətirib.
Onun fikrincə, son illər ərzində Gürcüstan iqtisadi tərəqqi, təhlükəsizlik və suverenliyin möhkəmləndirilməsi sahələrində mühüm nailiyyətlərə imza atıb. Hökumət başçısı vurğulayıb ki, qazanılan uğurlar yeni imkanlar açmaqla bərabər, dövlətin beynəlxalq müstəvidə üzləşdiyi sınaqları da çoxaltsa da, əsas vəzifələrdən biri diplomatik xidmətin təkmilləşdirilməsi, onun operativliyinin və effektivliyinin yüksəldilməsidir.
İ.Kobaxidze qeyd edib ki, Gürcüstanın Xarici İşlər Nazirliyində struktur dəyişikliklərinə və islahatlara 2025-ci ildə start verilib və bu tədbirlər mərhələli şəkildə icra olunur. Onun sözlərinə görə, bu yenidənqurma çərçivəsində respublikanın xaricdəki diplomatik missiyaları gücləndirilir, həmçinin perspektivli və peşəkar gənclərin diplomatik fəaliyyətə cəlb olunmasına xüsusi önəm verilir.
Kobaxidze bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Diplomatiya Akademiyasının təsis edildiyini də diqqətə çatdırıb.
Akademiya müvafiq biliklərə, analitik bacarıqlara, yüksək etik standartlara və innovativ baxışa malik kadrlar hazırlayacaq. Gürcüstan diplomatiyasının gələcəyi onlardan asılıdır.
