23:24

Abbas Əraqçi: Hörmüz boğazının açılmasından sonra nüvə danışıqları başlaya bilər

Abbas Əraqçi: Hörmüz boğazının açılmasından sonra nüvə danışıqları başlaya bilər

Lider.com.az istinadən bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Hörmüz boğazı ilə əlaqədar irəli sürdüyü şərtlərin qəbul olunacağı təqdirdə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığın və nüvə danışıqlarının bərpa edilə biləcəyini bəyan edib.

Diplomatik веdimin sözlərinə görə, İran Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin (NPT) üzvüdür və daim bu sənəddən irəli gələn öhdəliklərinə sadiq qalıb. Lakin o vurğulayıb ki, ABŞ və İsrail tərəfindən agentliyin nəzarəti altında olan nüvə obyektlərinin hərbi hücuma məruz qalması böyük qırmızı xəttin keçilməsi demək idi və bu hal qurumla münasibətlərin korlanmasına gətirib çıxardı.

Nazir qeyd edib ki, Tehranla AEBA arasında hələ də müəyyən anlaşılmazlıqlar qalmaqdadır: "Hücuma məruz qalmış obyektlərin yoxlanılmasına gəldikdə isə, agentliyin heç bir protokolu yoxdur. Bu obyektlərin necə yoxlanılmalı olduğunu müəyyən edən üsul da mövcud deyil. Buna görə də agentliklə aramızda ortaq anlaşmanın yaranacağı, narahatlıqlarımızın aradan qaldırılacağı və yenidən normal əməkdaşlıq imkanının yaranacağı bir nöqtəyə çatmaqdan çox uzağıq. Bu, Hörmüz boğazının açılması mərhələsini geridə qoyduqdan sonra müzakirə oluna biləcək mövzulardan biridir".

İranın XİN başçısı əlavə edib ki, AEBA nüvə razılaşmasında müəyyən rol oynaya bilər, lakin burada iki fərqli məsələdən söhbət gedir. Belə ki, Hörmüz boğazının açılmasının öz şərtləri var və bunun nüvə məsələsinə heç bir aidiyyəti yoxdur, ikinci mövzu isə İranın nüvə proqramı ətrafında sazişdir ki, onun da xüsusi şərtləri mövcuddur və əvvəlcə etimad mühiti yaradılmalıdır.

O, Hörmüz boğazı kimi, nüvə razılaşmasının da böyük mürəkkəbliklərlə üzləşdiyini xatırladaraq, 2015-ci ildə iki il yarım davam edən müzakirələrin 104 səhifəlik sənədlə nəticələndiyini xatırladıb: "İndi bəlkə də daha qısa danışıqlar aparmaq mümkündür, lakin bu danışıqlar asan danışıqlar olmayacaq. Əgər etimad yaranarsa, amerikalılar şərtlərimizi qəbul edərlərsə və Hörmüz boğazı açılarsa, mənim fikrimcə, bizim və onların razılaşacağı mövzularda gələcək danışıqlara yol açacaq bir etimad mühiti yaranacaq".

Xatırladaq ki, Əraqçi daha əvvəl Hörmüz boğazının hansı şərtlər daxilində açıla biləcəyini də diqqətə çatdırmışdı.

Xəbər lenti

    Çox oxunanlar