
Lider.com.az istinadən bildirir ki, ölkənin yeni İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) bu gün müəyyənləşəcək.
Tədbiri izləyən əməkdaşımızın məlumatına görə, sözügedən məsələ Milli Məclisin cari plenar iclasının gündəliyinə salınıb.
Bununla əlaqədar olaraq, parlament iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi məsələsi müzakirə olunacaq.
Xatırladaq ki, bu posta üç namizəd irəli sürülüb. Həmin şəxslər Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.
