
Lider.com.az istinadən bildirir ki, Ermənistanın Baş naziri aparatının xərcləri 2027-ci ildə 1,6 milyard dram (6,4 faiz) azalaraq 24,2 milyard dram (66,4 milyon dollar) təşkil edəcək.
Gələn ilin dövlət büdcəsi layihəsində əksini tapan göstəricilərə əsasən, dövlət sektorunun modernləşdirilməsi proqramının maliyyələşdirilməsində 2,1 milyard dram (5,75 milyon dollar) azalma olacaq. Cari və protokol xərcləri 630 milyon dram (1,73 milyon dollar) azaldılaraq 7,2 milyard drama (təxminən 20 milyon dollar) endiriləcək. Bununla yanaşı, Ermənistanın beynəlxalq məhkəmələrdə maraqlarının müdafiəsinə yönələn vəsait nəzərəçarpacaq dərəcədə artırılacaq. Həmin istiqamətə 4,75 milyard dram (13 milyon dollar) yönəldilməsi nəzərdə tutulur ki, bu da 2026-cı illə müqayisədə 870 milyon dram (2,38 milyon dollar) çoxdur.
Digər tərəfdən, ölkədə prezident və parlament aparatlarının da maliyyələşməsi yüksələcək. Dövlət başçısının aparatının xərcləri təxminən 11 faiz artaraq 1,79 milyard drama (4,9 milyon dollar), qanunverici orqanın xərcləri isə 8,5 faiz artaraq 7,59 milyard drama (20,8 milyon dollar) çatacaq.
