11:43

Prezident İlham Əliyev Keniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Keniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Keniya Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cona Mayna Mvangini qəbul edib.

Diplomat etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət aparıb və Keniya Prezidenti Uillyam Samoei Rutonun Azərbaycana səfərini, eləcə də onunla həm ölkəmizdə, həm də beynəlxalq qurumlar çərçivəsində baş tutan görüşlərini məmnunluq hissi ilə xatırlayıb.

İki ölkə arasındakı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun iqtisadi-ticari əməkdaşlıq başda olmaqla digər istiqamətlərdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli imkanlar açdığını bildirib və bütün sahələrdə ikitərəfli tərəfdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

Prezident İlham Əliyev diplomatik nümayəndəyə gələcək fəaliyyətində uğurlar diləyib.

Səfir qəbula görə ölkə rəhbərinə minnətdarlığını çatdırıb.

O, son zamanlar əlaqələrin irəlilədiyini qeyd edərək, hər iki ölkə liderinin əməkdaşlığın möhkəmləndirilməsi barədə verdikləri tapşırıqlara əsasən əlindən gələni edəcəyini vurğulayıb.

Cona Mayna Mvangi tərəfdaşlığın genişləndirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Söhbət zamanı Azərbaycanla Keniya arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

Xəbər lenti

    Çox oxunanlar