
Lider.com.az istinadən bildirir ki, Riqa şəhərində Azərbaycan ilə Latviya arasında konsulluq məsləhətləşmələri baş tutub.
Bu barədə ölkəmizin səfiri Nərminə Mustafayeva sosial şəbəkə hesabında məlumat paylaşıb.
Danışıqlarda hər iki dövlətin xarici siyasət idarələrinin, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri qatılıblar.
Tərəflər yığıncaq zamanı konsulluq sahəsində rəqəmsallaşma prosesini, təcrübə mübadiləsini və ikitərəfli əlaqələrin dərinləşdirilməsi perspektivlərini nəzərdən keçiriblər.
Diplomat latviyalı tərəfdaşlarına göstərilən isti münasibətə və faydalı müzakirələrə görə minnətdarlığını ifadə edib.
