
Lider.com.az istinadən bildirir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya səfərini başa vurub geri dönərkən onun təyyarəsi Azərbaycan hava məkanına daxil olub və bu zaman pilot dispetçer xidməti ilə əlaqə yaradıb.
Həmin vaxt təyyarənin kapitanı Azərbaycan xalqına və ölkə başçısı İlham Əliyevə Türkiyə Prezidentinin xüsusi mesajını çatdırıb.
Göndərilən müraciətdə qeyd olunur ki, səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə isə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzuları çatdırmaqdan böyük məmnunluq duyulur.
Bu sözlərin müəllifi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır.
