
Lider.com.az istinadən bildirir ki, dövlətimizin başçısı İlham Əliyev Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köç edən sakinlərlə görüş zamanı yeni salınan şəhərlər ilə kəndlərdən və əhalinin doğma yurdlarına dönməsindən danışaraq bütün xalqımızın bu düşüncə ilə yaşadığını vurğulayıb.
Azərbaycan lideri əlavə edib ki, uzun illər çətinliklərlə üzləşən məcburi köçkünlərin yurd-yuvalarına qayıtması hamımızın, xüsusən də məhz həmin şəraitdə yaşamış həmvətəndaşlarımızın əsas arzusu idi.
