10:28

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında olub

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında olub

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonrakı açılış mərasiminə qatılıb.

Elm və təhsil naziri Emin Əmrullayev ölkə başçısına burada mövcud olan şərait barədə ətraflı məlumat verib.

Mərkəzdə əsaslı təmir işlərinə nazirliyin sifarişi əsasında 2025-ci ilin mart ayında start verildiyi diqqətə çatdırılıb.

İkimərtəbəli və 360 yerlik tədris korpusunda 9 emalatxana, 3 təlim sahəsi, musiqi alətlərinin bərpası və hazırlanması emalatxanası, 5 sinif otağı, eləcə də rəsm otağı, kimya və fizika laboratoriyaları, laborant otağı, informatika və hərbi təlim otaqları, yeməkxana fəaliyyət göstərir.

Mərkəzin beşmərtəbəli yataqxana binasında isə akt zalı, texniki yaradıcılıq sahəsi, müxtəlif emalatxanalar, kitabxana, elektron kitabxana, yataq və tədris otaqları, fitnes və istirahət otaqları, eləcə də ictimai iaşə obyekti yaradılıb.

Dövlət başçısının rəhbərliyi ilə icra olunan siyasətin əsas prioritetlərindən biri insan kapitalının inkişaf etdirilməsi və müasir təhsil infrastrukturunun qurulmasıdır. Ölkə miqyasında son illər ərzində yüzlərlə təhsil ocağının tikilməsi, mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması və qabaqcıl texnologiyalarla təchiz edilməsi gənclərin keyfiyyətli təhsil almasına geniş şərait yaradıb. Bu çərçivədə Şuşa Dövlət Peşə Təhsil Mərkəzi mühüm əhəmiyyət daşıyır. Bu mərkəz bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq tədbirlərində birbaşa iştirak edəcək ixtisaslı kadrların və peşəkar mütəxəssislərin yetişdirilməsində əsas platforma rolunu oynayacaq.

Xəbər lenti

    Çox oxunanlar