13:43

Prezident Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verib

Prezident Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verib

Lider.com.az istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçusuna ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq verdiyi qərara əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova “general-leytenant” ali hərbi rütbəsi təltif edilib.

Sənədə uyğun olaraq, polkovnik Elnur Əli oğlu Ələsgərliyə, polkovnik Hikmət Rövşən oğlu Əliyevə və polkovnik Telman Əsgər oğlu Hüseynova isə “general-mayor” ali hərbi rütbəsi verilib.

Xəbər lenti

    Çox oxunanlar