
Lider.com.az istinadən bildirir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sabah ölkəmizə gələcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanəddin Duran məlumat yayıb.
O bildirib ki, liderin səfəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq və Qarabağ bölgəsini əhatə edəcək.
Qələbə Günü ilə əlaqədar reallaşacaq səfər çərçivəsində iki ölkə prezidenti baş-başa görüşəcək, Ankarayla Bakı arasında əməkdaşlığın müxtəlif istiqamətlərini nəzərdən keçirəcək, eləcə də regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
