09:29

Ceyhun Bayramovdan Zəfər Günü ilə bağlı paylaşım

Ceyhun Bayramovdan Zəfər Günü ilə bağlı paylaşım

Lider.com.az istinadən bildirir ki, xarici işlər naziri Ceyhun Bayramov Zəfər Günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

Altı il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu və tarixi ədalətin bərqərar olduğunu vurğulayan nazir, əldə olunan bu böyük qələbənin xalqımızın birliyi, milli iradəsi ilə yanaşı, sarsılmaz dövlətçilik əzmini də nümayiş etdirdiyini qeyd edib.

Ceyhun Bayramov bildirib: "Vətən uğrunda canlarından keçərək adlarını şanlı tariximizə əbədi həkk etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və müharibə iştirakçılarımızın qəhrəmanlığı və fədakarlığı qarşısında baş əyirik. Zəfər Günümüz mübarək!".

Xəbər lenti

    Çox oxunanlar