
Lider.com.az istinadən bildirir ki, 2020-ci il noyabrın 8-də Şuşanın düşmən tapdağından qurtarılması İkinci Qarabağ savaşının nəticəsini əslində tam müəyyənləşdirdi.
Bu fikirləri ölkə rəhbəri İlham Əliyev noyabrın 8-də Zəfər Günü ilə əlaqədar Xankəndidən azərbaycanlılara müraciətində səsləndirib.
Respublika Prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələri döyüş meydində tam üstünlüyə nail olub və Şuşanın azadlığı hərbi əməliyyatların həlledici məqamı olub.
Dövlət başçısı qeyd edib ki, Silahlı Qüvvələrimiz döyüş meydanında birmənalı üstünlük qazanaraq məhz Zəfər bayramını qeyd etdiyimiz 8 noyabr tarixində Şuşanı azad etməklə əslində İkinci Qarabağ savaşının taleyini həll etdi və bundan cəmi bir gün sonra – noyabrın 9-dan 10-na keçən gecə Ermənistan təslimçilik sənədinə imza atdı.
Eyni zamanda, dövlət başçısı Ermənistan rəhbərliyinin hərbi əməliyyatlardan əvvəl səsləndirdiyi bənanələri də xatırladaraq, qarşı tərəfin ölkəmizi yeni torpaqlar uğrunda başqa bir savaşla qorxutmağa çalışdığını və "Qarabağ Ermənistandır və nöqtə" deməklə xalqımızın ləyaqətini ləkələməyə cəhd göstərdiyini vurğulayıb.
Liderimiz əlavə edib ki, biz isə buna səngərdə cavab verdik və hər kəs döyüş meydanında kimin kim olduğunu açıq-aydın gördü.
