13:44

Azərbaycan xalqı birləşdikdə heç bir qüvvə onun qarşısında dayana bilməz - Tahir Rzayev

Azərbaycan xalqı birləşdikdə heç bir qüvvə onun qarşısında dayana bilməz - Tahir Rzayev

Lider.com.az istinadən bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Prezident İlham Əliyevin Zəfər Günü ilə əlaqədar xalqa müraciətində səsləndirdiyi fikirlərin əldə olunan tarixi zəfərin mahiyyətini və əhəmiyyətini bir daha nümayiş etdirdiyini söyləyib.

Deputat qeyd edib ki, dövlət başçısının çıxışı ölkəmizin qət etdiyi mübarizə yoluna və qazanılan möhtəşəm qələbəyə verilən yüksək qiymətdir.

Onun sözlərinə görə, Prezidentin həmin nitqində şəhidlərimizin xatirəsini xüsusi ehtiramla yad etməsi Vətən uğrunda canından keçən qəhrəmanlara olan dərin ehtiramın göstəricisidir.

Komitə sədri vurğulayıb ki, bu bayram sonsuz qürurla qeyd olunur və otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqlar məhz şəhidlərin qanı bahasına azad edilib.

Azərbaycan ordusunun döyüş meydanında düşmənin müqavimətini qıraraq tarixi zəfərə imza atdığını diqqətə çatdıran parlamentari bu qələbənin lider, xalq və ordu birliyinin təntənəsi olduğunu qeyd edib.

Tahir Rzayevin fikrincə, bu nailiyyət təkcə hərbi qüdrətin deyil, həm də cəmiyyətin siyasi iradəsinin və milli həmrəyliyinin nəticəsidir.

Deputat əlavə edib ki, illərlə Ermənistanın arxasında duran dairələr Azərbaycanın haqlı səsini eşitmək istəmir, ölkəmizi tutduğu yoldan çəkindirməyə çalışırdılar, lakin xalq dövlət başçısının ətrafında sıx birləşərək bütün təzyiqlərin qarşısını alıb.

Tarix göstərdi ki, Azərbaycan xalqı vahid amal uğrunda birləşdikdə və liderinə dəstək verəndə heç bir qüvvə onun qabağında duruş gətirə bilməz, – deyə komitə sədri fikrini yekunlaşdırıb.

Xəbər lenti

    Çox oxunanlar