
Lider.com.az istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan dövlət başçısı İlham Əliyev ilə aparılan danışıqların ardınca mətbuata açıqlama verib.
O bildirib ki, rəsmi Ankara Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərini yaxından izləyir və Qarabağ irsinin yenidən qurulması xalqın gələcəyə olan inamının aydın göstəricisidir.
Türkiyə lideri ölkəsinin Azərbaycan torpaqlarının bərpası istiqamətindəki fəaliyyətlərə öz imkanları çərçivəsində dəstək verməyi davam etdirəcəyini diqqətə çatdırıb.
Eyni zamanda, o, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri "sönməz məşəl" adlandırıb.
