21:36

Xankəndidə Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət təşkil olunub

Xankəndidə Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət təşkil olunub

Lider.com.az istinadən bildirir ki, noyabrın 8-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi nahar verilib.

Qəbul zamanı bədii hissə təşkil edilib və konsert proqramı nümayiş olunub.

Bundan əlavə, Azərbaycan dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, eləcə də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mədəniyyət nümayəndələri, Vətən Müharibəsi qəhrəmanları, həmçinin “Qarabağ” və “Zəfər” ordenləri ilə təltif olunan hərbçilərlə bir araya gələrək xatirə şəkilləri çəkdiriblər.

Xəbər lenti

    Çox oxunanlar