23:04

Bakının bir sıra rayonlarında elektrik enerjisinin verilişi dayandırılacaq

Bakının bir sıra rayonlarında elektrik enerjisinin verilişi dayandırılacaq

Lider.com.az istinadən bildirir ki, abunəçilərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də paytaxtın bir sıra ərazilərində təmir işləri həyata keçiriləcək.

"Azərişıq" ASC tərəfindən verilən məlumata əsasən, Yasamal və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin xidməti sahələrindəki bəzi transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nin ərazisində yerləşən 6 kV-luq hava xəttində təmir tədbirləri görüləcək. Eyni zamanda, Qaradağ RETSİ-nin ərazisində yeni komplekt transformator məntəqəsi quraşdırılacaq.

Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, həmçinin Azərbaycan prospektində və Yeni Yasamalın 1 və 2-ci yaşayış massivlərinin müəyyən hissəsində işıq fasilələrlə verilməyəcək.

Nəsimi rayonunun Rasim Səfərov küçəsində və 3-cü Alatava yaşayış massivinin müəyyən ünvanlarında saat 10:00-dan 12:00-dək işıq verilişində qısamüddətli fasilə qeydə alınacaq. Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin Şuşa şəhərciyində də saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 1-ci və 2-ci massivlərində isə saat 10:00-dan 13:00-dək elektrik enerjisi müvəqqəti olaraq məhdudlaşdırılacaq. Qurumdan vurğulanıb ki, bu tədbirlər enerji təchizatının keyfiyyət göstəricilərinin yüksəldilməsinə və artan tələbatın ödənilməsinə yönəlib.

Xəbər lenti

    Çox oxunanlar