23:28

DİM-dən buraxılış və qəbul imtahanlarının elektron formata keçidi ilə bağlı açıqlama

DİM-dən buraxılış və qəbul imtahanlarının elektron formata keçidi ilə bağlı açıqlama

Lider.com.az istinadən bildirir ki, yaxın gələcəkdə ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarının elektron qaydada təşkil olunması planlaşdırılmır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən sorğuya cavab olaraq məlumat verilib.

Bununla yanaşı, magistratura səviyyəsinə qəbul imtahanlarının elektron formatda keçirilməsi istiqamətində lazımi hazırlıq tədbirləri görülməkdədir.

Mərkəzdən bildirilib ki, bu mövzu ilə əlaqədar əvvəllər də müvafiq açıqlamalar edilib və hazırda elektron imtahanların dəqiq tətbiq tarixi hələ dəqiqləşməyib.

Texniki, məzmun və təşkilati xarakterli proseslər tam yekunlaşdıqdan sonra ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq.

Xatırladaq ki, 2026-cı ilin yekunlarına əsasən, ali məktəblərin magistraturası üçün ayrılan 17 658 plan yerindən 13 845-i (78,41 faizi) dolub.

Ötən il isə 16 848 plan yeri ayrılmış və doluluk göstəricisi 79,81 faiz təşkil etmişdi.

Cari ildə plan yerlərinin ümumi sayı əvvəlki illə müqayisədə 810 vahid artıb.

Bu il magistraturaya qəbul prosesi 67 proqram əsasında həyata keçirilib və proqramlar üzrə müsabiqə şərtləri fərqlilik göstərib.

Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik, eləcə də yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına uyğun olan 4, 8, 21, 52, 55, 57, 60 və 71 nömrəli proqramlar üzrə ayrılan yerlər tam şəkildə (100 faiz) dolub.

Xəbər lenti

    Çox oxunanlar